Putin: “Belarusun tələbi ilə xüsusi polis gücü yaratdıq”

63

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin müxalifət tərəfindən istefaı tələb edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun tələbi ilə xüsusi polis qüvvəsi yaratdığını bildirib. Digər tərəfdən, Minsk hakimiyyətinin “vəziyyət nəzarətdən çıxmadığı müddətdə, bu polis qüvvəsindən istifadə edilməyəcəyinə söz verib”.

“İnterfaks”  agentliyinin xəbərinə görə, Vladimir Putin Aleksandr Lukaşenko  ilə görüş keçirdiyini söyləyərək deyib: “Məndən polis qüvvəsi yaratmağımı tələb elədi, mən də bu istəyini həyata keçirdim”.

Digər tərəfdən, Minsk hakimiyyətinin “vəziyyət nəzarətdən çıxmadığı müddətdə, bu polis qüvvəsindən istifadə edilməyəcəyinə söz verdiyini” vurğulayan Putin qeyd edib: “Özlərini etirazçıların arasında kamuflyaj etmiş radikallar siyasi şüarların arxasında gizlənib talana başlamadıqları, avtomobilləri və evləri yandırmadıqları, banklara və dövlət idarələrinə hücum eləmədikləri müddətdə polis qüvvəsi işə qarışmayacaq”.