Putin Əliyev və Paşinyan ilə görüşü barəsində Ərdoğana məlumat verdi

240

Hurriyyet.org xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. Söhbət zamanı Putin türk həmkarına 11 yanvar tarixində Moskvada Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüşün nəticələri barəsində məlumat verib. Bu barədə açıqlamanı Kremlin mətbuat xidməti verib: “RF Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında yanvarın 11-də Moskvada keçirilən, 2020-ci il 9 noyabr tarixində Dağlıq Qarabağ ilə bağlı bəyanatın reallaşmasının gedişinin müzakirə edildiyi üçtərəfli görüşün əsas nəticələri barəsində məlumat verib”.

R.T.Ərdoğan Dağlıq Qarabağdakı vəziyyətin nizamlanması ilə bağlı Rusiyanın səylərini dəstəklədiyini və Moskva ilə Ankaranın fəaliyyətlərinin koordinasiya edilməsinin davam etdirilməli olduğunu Putinə bildirib.