Putinə qorxunc mesaj: “Nüvə gücümüzü görəcəksiniz”

87

“ABŞ Rusiyanın oxşar qərarlarına cavab olaraq öz nüvə qüvvələrini modernləşdirməyə başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqon (ABŞ Müdafiə Nazirliyi) rəhbərinin müavini Robert Sufer deyib.

Onun sözlərinə görə, ABŞ çoxdan qüvvələrini modernləşdirməklə məşğul olan Rusiyadan fərqli olaraq, yalnız indi bu yöndə fəaliyyətə başlayıb.

Sufer bildirib ki, Rusiya və Çin 2030-cu ilə qədər ABŞ-ın modernləşdiriləcək nüvə qüvvələrinin tam gücünü görəcək.

2018-ci ilin martında Rusiya Prezidenti Vladimir Putin ölkənin analoqu olmayan nücə silahlarına sahib olduğunu demişdi.