“Pulu Azərbaycanın maraqlarına xərcləmişik” – DEPUTAT

    6

    “Hər bir ölkə beynəlxalq təşkilatlarda öz maraqlarını müdafiə etməyə çalışır və fəaliyyətini də bu istiqamətdə qurur. O baxımdan Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı insanları ələ almaq barədə deyilənlər böhrtandır”.

    Hurriyyet.org xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında səslənidirb.

    Onun sözlərinə görə, bu fəaliyyətə dünyada lobbiçilik fəaliyyəti deyilir. “Lobbiçilik dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-da qanunla tənzimlənir. Hansısa lobbiçilik işinin görülməsində qanunsuzluq yoxdur. İstənilən şəxs öz pulunu verərək lobbiçilik fəaliyyətini apara bilər. O baxımdan burada qanunsuzluq yoxdur. Biz də buna uyğun olaraq fəaliyyət göstərmişik”- deyə S. Novruzov deyib.

    “Biz də pulu Azərbaycanın maraqlarına xərcləmişik. Odur ki, biz Azərbaycanın maraqlarını müdafiə etməliyik”, deyə o bildirib./avropa.info/