“Pulemyotu güclə qaldıran gənclərdənsə, bizim kimi çətinlik çəkmiş adamları müharibəyə aparmaq lazımdır” — Jurnalistdən TƏKLİF

63

Tanınmış jurnalist Azər Sarıyev hərbi səfərbərlik elan olunduğu təqdirdə ilk növbədə yaşlı insanların müharibəyə aparılmasını təklif edib. 

Azər Sarıyevin həmin fikirlərini təqdim edirik:

“Əgər müharibə olarsa, yeniyetmə, təcrübəsiz, pulemyotu, top mərmisini güclə qaldıran gənclərdənsə, bizim kimi çətinlik çəkmiş, həyatın hər üzünü görmüş adamları müharibəyə aparmaq lazımdır. Həm də biz öləriksə, Vətən, Dövlət çox da itirməz. Gənclik isə gələcəkdir, nəsil davamçılarıdır”. \\Demokrat