Psixiatriya xəstəxanasında İNTİHAR – Gənc oğlan özünü asdı

    6

    Bakıda psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb.

    Orada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.