Prosineçki ilə yollar ayrılır

117

“Denizlispor” baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırır. Bu haqda Türkiyə mətbuatı yazıb. Hazırda müqaviləyə xitam verilməsi üçün tərəflər arasında danışıqlar gedir. Yaxın vaxtlarda ayrılığın rəsmiləşəcəyi bildirilir.

Dənizli təmsilçisi 2020/2021 mövsümündə xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Superliqada keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazanıb. 5 xalı olan kollektiv 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.

2014 – 2017-ci illərdə Azərbaycan millisinə başçılıq etmiş Robert Prosineçki cari mövsümün əvvəlində “Denizlispor”a baş məşqçi təyin olunub.