“Proseslər Qarabağ cəbhəsində yeni müharibəni yaxınlaşdırır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

147

“Azərbaycan bu müharibədə böyük əraziləri azad edə bilər”

“Cənubi Qafqazda geosiyasi situasiya yeni mərhələyə keçib. Burada Türkiyə, ABŞ və Rusiyanın maraqlarının toqquşması fonunda Rusiya nüfuzunu itirməkdədir. Ermənistanın Tovuz təxribatlarından sonra Türkiyənin regiona gəlişi və Azərbaycanla birgə hərbi təlimlər keçirməsi, hazırda Türkiyə ordusunun Azərbycanda qalmasına gətirib çıxarıb”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, bu, geosiyasi nisbətdə NATO-nun regionda olması deməkdir: “Çünki Türkiyə bir NATO ölkəsidir. ABŞ məhz Gürcüstanda aktiv siyasi-hərbi hərəkətliliyini artırmaqla, bir növ NATO-nun burada fəaliyyətinin başlamasına gətirdi. Eyni analoji hal Türkiyənin Azərbaycanla hərbi-siyasi konfiqurasiyasıdır. Rəsmi Bakı Ankara ilə siyasətini davam etdirərsə, bu ölkəmizin suverenliyini və təhlükəsizliyimizi gücləndirəcək. ABŞ və digər NATO ölkəsinin Azərbaycanla hərbi təlimləri Azərbaycan üçün Rusiya baxımından riskli ola bilərdi. Amma Tükiyənin burada fəaliyyəti etnik baxımından bir olması, Rusiyanı çəkindirən əsas faktordur. Məhz artıq Moskvada analayırlar ki, Türkiyənin Azərbaycana dəstəyi təbiidir və bu, bir qardaşlıq yardımıdır”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, ABŞ necə ki, Gürcüstanı NATO-ya inteqrasiya yolunda tam dəstəkləyir, Türkiyə də Azərbaycanı eyni xəttlə dəstəkləyərək NATO çətiri altında yeni bir siyasi-hərbi çətir formalaşdıracaq: “Əgər iqtidar Ankara kursuna sadiq qalacaqsa Cənubi Qafqazda Türkiyə-Azərbaycan, Gürcüstan-ABŞ hərbi əməkdaşlığı regionda Ermənistanın izolyasıyasını Rusiyadan daha da asılı vəziyyətə düşəcək, bu ölkədə inqilabın baş verməsinə baxmayaraq, forpost olaraq daha dərin iqtisadi-siyasi problemlərə yuvarlanacaq. Çünki regionda baş verən geosiyasi dəyişiliklərdə Ermənistan hakimiyyəti işğalçı mahiyyətinə görə, Moskvanın yanındadır. Bu da imkan verəcək ki, Vaşinqton və Qərb ölkələri Ermənistana yardım etməsinlər. Göründüyü kimi, Rusiya Ermənistanı silahlandırmaqla, burada ABŞ-Türkiyə və NATO-nun qarşısına qalxan qurur. Ermənistanın Rusiyanın diktəsi ilə belə bir avantüraya getməsi Qarabağ münaqişəsinin həllinə imkan vermir. İşğalçı ölkə Tovuz tərəfindən yenidən Azərbaycanın neft və nəqliyyat layihələrini hədəfə ala bilər. Təbii ki, bu, Rusiya tərəfindən regionda Qərbin, xüsusiylə Türkiyənin maraqlarını hədəf almaqdır. Belə həmlə olrasa, artıq Türkiyə hərbi əməliyyatlara açıq şəkildə başlaya bilər. Bu da Ermənistanın Qarabağdan çıxması ilə nəticələnər. Hazırda regionda Türkiyə-Azərbaycan hərbi təlimləri davam edir. Bir tərəfdən ABŞ-ın moderatorluğu ilə Gürcüstanda “Layiqli Tərəfdaş 2020″ hərbi təlimləri, həmçinin Rusiyanın Şimali Qafqazda və Ermənistanda birgə hərbi təlimləri davam edir. Bu, hərbi təlimlər tərəflərin bir-birlərinə qarşı əzələ nümayişidir. Rusiya açıq şəkildə Qarabağ məsələsində hərbi toqquşmanı gözləyir. Ona görə də Ermənistanı tam silahlandırır. Regionda yeni müharibə qaçılmaz olacaq. Bir məsələni qeyd edim ki, vəziyyət mürrəkkəbdir və hakimiyyət Türkiyə ilə birgə hərbi koordinasiyanı inkşaf etdirməli və Anakara ilə hazırkı əlaqəni zəiflədərsə, Ankara bir də etibar etməz. Rusiyanın təzyiqləri açıq şəkildə ölkəmizi təhdid edə bilər. Ona görə də hazırkı siyasət davam etməli, Türkiyənin hərbi heyəti və hərbi texnikaları ölkə ərazisində qalmalıdır. Hazırkı proseslər Qarabağ cəbhəsində yeni müharibəni yaxınlaşdırır. Bu müharibədə Azərbaycan böyük əraziləri azad edə bilər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org