Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Hurriyyet.org-un xəbərinə görə, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
"İş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir", – E.Sultanov əlavə edib. /report/