Prokuror 1 milyonluq dələduzluqda ittiham edilən şəxslərə cəza istədi

    18

    Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Hurriyyet.org xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı A. Qədirovun 12, E. Məmmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Proses iyulun 19-da davam edəcək.
    .
    Qeyd edək ki, “Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var./apa/