Prezidentliyə nazmizəd vəd verdi: “Türkiyə NATO-dan çıxacaq”

    9

    Türkiyə prezidentliyinə namizəd, "Vətən" partiyasının lideri Doğu Perinçek bu vəzifəyə seçiləcəyi təqdirdə ölkənin NATO-dan çıxacağını bildirib.

    Hurriyyet.org xəbər verir ki, D.Perinçek Türkiyə ilə bu qurum arasında münasibətlərin yaxşı olmadığını deyib:

    "Türkiyə NATO-nun üzvü olsa da, NATO ölkəmizi düşmən olaraq görür. Bir müddət əvvəl alyansın keçirdiyi təlimlərdə Atatürk və Türkiyənin indiki prezidenti hədəf kimi göstərilmişdi. Biz hakimiyyətə gələndə Türkiyə NATO-dan çıxacaq, ABŞ təyyarələri İncirlik bazasını tərk edəcək və Türkiyədə Amerika hərbi mövcudluğu qalmayacaq"./trend/