Prezidentliyə namizəd həbsxanadan canlı yayıma çıxacaq

    3

    Türkiyənin Ədalət Məhkəməsi prezidentliyə namizəd Səlahəddin Dəmirtaşın 10 dəqiqəlik canlı yayım çıxışlarını həbsxanadan etməsi ilə bağlı qərar çıxarıb.

    Hurriyyet.org Lent.az-a istinadən bildirir ki, HDP-nin həmsədrlərindən biri olan Səlahəddin Dəmirtaş seçki öncəsi çıxışlarını Ədirnə həbsxanasında qurulacaq studiyadan edəcək.

    Məhkəmə Dəmirtaşın 24 iyun seçkilərinə qədər cəzaçəkmə yerinin Ankaraya dəyişdirilməsi qərarını isə rədd edib.