Prezidentin keçmiş köməkçisi saxlanıldı – RÜŞVƏT İTTİHAMI

    9

    Belarusda ölkə prezidenti Alelsandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneyko saxlanılıb.

    Hurriyyet.org istinadən xəbər verir ki, o, böyük miqdarda rüşvət almaqda ittiham olunur.

    Qeyd olunur ki, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları S.Rovneykonu 200 min dollar məbləğində rüşvət alarkən yaxalayıb.

    Prezident A.Lukaşenko bu hadisəni şərh edərkən bildirib ki, keçmiş köməkçisi özünü əsl quldur kimi aparıb. Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib./trend/