Prezidentin keçirdiyi mitinqdə partlayış – Əfqanıstan yenə qan içindədir

    24

    Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın Parvan əyalətinin Cəngəlbağ rayonunda ölkə Prezidenti Məhəmməd Əşrəf Qəninin keçirdiyi seçkiqabağı mitinqdə partlyış törədilib. Yerli xəstəxananın məlumatına görə, partlayış nəticəsində azı 24 nəfər həlak olub, 31 nəfər isə yaralanıb.

    Əfqanıstanda prezident seçkiləri 28 sentyabr tarixində keçiriləcək.

    Hurriyyet.org