Prezidentin xalqa möhtəşəm müraciəti qələbənin anonsu sayılır – rəylər

162

Bəxtiyar Sadıqov: “O, qalib ölkənin komandanı kimi çıxış etdi”

Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyev Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edildiyini və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını, ordumuzu ürəkdən təbrik edib. Siyasi analitiklər hesab edir ki, İlham Əliyevin xalqa müraciəti tarixi bir hadisədir və olduqca mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ölkə başçısı xalqa müraciətində çox qətiyyətli, inamlı idi və Azərbaycan xalqının iradəsinə söykənərək mübarizənin bütün istiqamətlərdə davam etdirilməsində qətiyyətli əzmini ortaya qoydu, çox ciddi məqamlara toxundu: “İlk növbədə bir daha həm Ermənistana, həm ona havadarlıq edənlərə konkret arqumentlərlə fikirlərini əsaslandırdı ki, Azərbaycanın apardığı müharibə haqqa, ədalətə, beynəlxalq qanunlara söykənir. Prezident bir daha bəyan etdi ki, bu mübarizədə sona qədər getməkdə qərarlıyıq və hər hansı bir təzyiq, təhdid, xahiş nəzərə alınmayacaq. Ermənistanın mövqelərini İlham Əliyev bu dəfə də tərk-silah etmiş oldu. Ermənistanın işğalçılıq siyasətinə hərbi yolla son qoyulmasının alternativinin olmadığını cənab Prezident bəyan etdi. Eyni zamanda atəşi hansı halda dayandırmağın mümkün olduğunu birmənalı şəkildə bəyan etdi.

Fəzail Ağamalı və Fərəc Quliyev yenidən deputat olmaq istəyirlər

Fəzail Ağamalı: “Prezidentin bəyanatından Ermənistan və havadarları nəticə çıxarmalıdır”

Azərbaycan Prezidentinin bu bəyanatlarından Ermənistan və işğalçını himayə edənlər nəticə çıxarmalıdırlar. Ermənistanın işğalçılıq siyasətini indiyə qədər açıq və gizli müdafiə edən dövlətləri, ayrı-ayrı dairələri açıq mətnlə cənab İlham Əliyev ittiham etdi. Ermənistanın müdafiə edilməsinin həm beynəlxalq hüquqa zidd olduğunu əsaslandırdı və işğalçını dəstəkləyənlərin də Ermənistan kimi məsuliyyət daşıdığını xüsusi olaraq qeyd etdi. Azərbaycan dövlətinin lideri eyni zamanda çıxış yolunu da göstərdi. Bəyan elədi ki, Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən tamamilə çıxarmalıdır, Paşinyan Azərbaycan xalqından üzr istəməlidir və bundan sonra ola bilsin ki, Azərbaycan Ermənistanla gələcəkdə qonşuluq siyasətini qura bilər. Bunun başqa variantı yoxdur. Prezidentin xalqa müraciəti əvvəlki qətiyyətinin daha inamlı ifadəsi oldu”.

Deputat qeyd etdi ki, artıq işğalçıya vurulan sarsıdıcı zərbələr bu inamı, qətiyyəti daha da gücləndirir, xalqımızı sürətlə qələbəyə aparır: “Əminəm ki, bu baxımdan biz qısa zamanda yeni-yeni qələbələrin şahidi olacağıq. Cənab Prezidentin xalqa 4 oktyabrda müraciəti bu əminliyi daha da artırdı. Bir sözlə, biz 4 oktyabrda da qətiyyətli, inamlı və Azərbaycanı qələbəyə aparan cəsarətli Ali Baş Komandanımızın olması ilə qürur hissi yaşadıq. Cəbrayıl şəhərinin və bir sıra kəndlərin azad olunmasının ardınca cənab Prezidentin çıxışı xalqımızda olan böyük ruh yüksəkliyini, əminliyi daha da artırdı. Hamımız bir daha əmin olduq ki, bizi böyük zəfər gözləyir”.

Bəxtiyar Sadıqov Əflatun Amaşovun təklifini DƏSTƏKLƏDİ » Nezermedia.az

Deputat Bəxtiyar Sadıqov bildirdi ki, ölkə rəhbərinin çox təmkinli, qətiyyətli, xalqına, dövlətinə, torpağına hədsiz sevgi bəsləyən dahi bir siyasi lider olduğu hər keçən gün daha parlaq şəkildə özünü nümayiş etdirir: “Cəbrayıl şəhərinin azad olunmasından sonra xalqa etdiyi müraciətdə də bunu bütün dünya gördü. Azərbaycan Prezidentinin uzun illərdir apardığı böyük siyasətin nəticələrini, bəhrəsini bu gün görürük. Prezident İlham Əliyev çox soyuqqanlı, hər şeyi ölçüb-biçib deyən dahi siyasətçilərdəndir. Mən dahi sözünü təsadüfən işlətmirəm. O, iqtidara gələndən bu günə qədər Qarabağın azad olunması üçün o qədər işlər görüb ki, biz bəzən bunların fərqində olmamışıq. Gördüyü işlər, ordumuzun gücləndirilməsi, dövlətimizin bütün sahələrdə inkişaf etdirilməsi, beynəlxalq müstəvidə apardığı işlər hamısı Qarabağın azad olunmasına hədəflənmişdi. Biz illərdir cənab Prezidentin çəkdiyi zəhmətin bəhrəsini görürük. Prezident İlham Əliyev hər addımı ilə bizi bu günə yaxınlaşdırırdı. O gün gəldi çatdı. Cənab İlham Əliyev bütün məsələləri o dərəcədə incəliklə, diplomatik bacarığı ilə çözüb ki, bu gün Azərbaycanın önü torpaqlarımızın azad olunması üçün demək olar ki, açıqdır. Azərbaycanı peyki olan ölkəyə çevirən İlham Əliyev bunu həm də Qarabağın azad edilməsi üçün edirdi. Bu gün biz müharibədə bu böyük addımın da bəhrəsini görürük. Azərbaycan Prezidenti torpaqlarımızın azad edilməsi anına hazırlıq işlərini illərdir zərgər dəqiqliyi ilə aparıb. Bu gün biz bunun şahidi oluruq. Oktyabrın 4-də xalqa müraciətində Prezident İlham Əliyev qalib ölkənin komandanı olaraq çıxış etdi. Biz Prezidentin qətiyyətində, sözlərində artıq düşmənə diktə edən ölkəyə çevrildiyimizə əmin olduq”.

Deputat vurğuladı ki, hər halda, Ermənistanın havadarları da özləri üçün nəticələr çıxardılar: “Cənab Prezident hər çıxışında Ermənistanın haqsız olduğunu, Azərbaycanın haqlı tərəf olduğunu çox böyük məharətlə sübut edir. Bunun nəticəsində görürsünüz ki, artıq dünya ölkələri və beynəlxalq təşkilatlar reallığın nədən ibarət olduğunu başa düşürlər. İlham Əliyevin çıxışından hər kəsdə bir daha əminlik yarandı ki, Azərbaycan işğaldakı torpaqlarını öz gücü ilə azad etmək qüdrətində və imkanında olan ölkədir”.

B.Sadıqov onu dedi ki, Prezident xalqa müraciətində Azərbaycan xalqını, Şuşanı, digər işğaldakı torpaqlarımızı necə qəlbən sevdiyini də bir daha göstərdi: “Biz gördük ki, Ermənistanın cani rəhbərlərinin gəlib Şuşada rəqs etmələri, xalqımıza təhqir sayılan hərəkətlər eləməsi cənab İlham Əliyevə daxilən necə pis təsir edirmiş. Hamımızda əminlik var ki, İlham Əliyev və Azərbaycan Ordusu xalqımızı işğal fəlakətindən qurtaracaq. Azərbaycan xalqının üstünə günəş doğub. Bunu edən Prezident İlham Əliyevdir. Artıq Nikol Paşinyan Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf etməyə başlayıb. Bu gün yayılan məlumata görə, Fransa jurnalistinə müsahibəsində Paşinyan deyib ki, Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan ərazisidir, sadəcə, orada çoxlu sayda erməni yaşayır. Azərbaycan Prezidentinin qətiyyəti, ordumuzun rəşadəti öz sözünü deyir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”