Prezidentin müraciəti kitab şəklində yayılmalıdır!

159

Allahverdi Eminov: “Bu gün uşaq bağçalarından başlayaraq tam orta məktəb şagirdləri, tələbələr, müəllimlər bu mənbədən istifadə etməlidir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğ­lu Əliyevin müharibənin gedişində Xalqa müraciəti, üzünü tərəqqipərvər icti–maiyyətə, işğalçı Ermənistan rəhbərliyinə tutub tarixləşmiş fəlsəfi – məntiqi, mə–nəvi – psixoloji çıxışı böyük heyrət doğurdu, insanlarda Dağlıq Qarabağ torpağının Azərbaycana məxsusluğunu – “Qarabağ Azərbaycandır” – artıq aforizmə çevrildi – bu ifadənin əzəmətini dəqiqləşdirdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevevin çıxışları, 30-dan çox peşə–kar xarici ölkə jurnalistlərinə verdiyi dəyərli faktlara söykənən, yeri gələndə emo–sional jestləri və sair izləyicilərdə gələcəyə əminlik yaratdı.

Azərbaycan Respuublikasının Təhsil və Azərbaycan Respublikasının Mə–də­niyyət və Turizm Nazirlikləri cənab Prezidentin, Ali Baş Komandanın müraciə­ti­ni, çıxışlarını və müsahibələrini ayrıca kitab şəklində milyon tirajlarla nəşr etdirib yaymalıdır.

Bu gün uşaq bağçalarından başlayaraq tam orta məktəb şagirdləri, tələbələr, müəllimlər bu mənbədən istifadə etməlidir. Onları vətənpərvərlik ruhunda tərbiyə etmək, Milli mənlik şüuru aşılamaq və Qarabağ “erməni torpağıdır” mifinin yalan olduğunu bir daha əyaniləşdirmək işində misilsiz tarixi – fəlsəfi – sosial örnəkdir.

İnanıram ki, yaxın günlərdə xalqımız, gənc nəsil belə stolüstü zəngin kitabı oxuyacaqlar…

 

Allahverdi Eminov,

Pedaqoq-yazıçı, fəlsəfə doktoru