Prezidentin müdafiə olunması YAP üzvünü niyə narahat edir?

531

Həkim Ələddin Əliyev və axund Adıgözəl Bəşirovun qanunsuz əməlləri…

İmişli Rayon Mərkəzi Xəstəxanasının İnfeksion (Yoluxucu xəstəliklər) şöbəsinin müdiri Ələddin Əliyev “40 quldura” simpatiya bəstəyir. “Sehrli çubuğu” isə saxta əlillik kağızı düzəldib, pensiyaçılara, “şəkər və vərəm xəstələri”nə verməklə, onu yaxşıça varlandırıb…

21 dekabr 2020-ci ildə yaxınlarımdan biri Ələddin həkimin infeksion şöbəsinə gedərək, onun qəbuluna düşür. Bildirir ki, oğlu koronavirusa yoluxub, dərman paketinə ehtiyacı var. Ələddin həkim isə kişiyə, vicdana, həkimliyə yaraşmayan tərzdə qarşısındakı xanıma cavab verir: “Dərman yoxdur, sənə pul verim, uşağına velosiped al, qoy kef eləsin”.

Ələddin Əliyevin “uşaq” dediyi gənc hazırda magistrdir, nazirliyin birində çalışır və həmin idarədə bir neçə nəfər virusa yoluxubmuş…

Yeri gəlmişkən, bu, həmin Ələddin Əliyevdir ki, cibində YAP-ın biletini gəzdirməsinə baxmayaraq, ADP sədri Sərdar Cəlaloğlu ümumilli məsələlərdə prezident İlham Əliyevi müdafiə etdiyi üçün onu ittiham edirdi…

İmişli Rayon Mərkəzi Xəstəxanasında baş verənlər onu göstərir ki, həqiqətən də dərman paketləri “dərman mafiyası”nın əlindədir. Odur ki, Ə.Əliyev 1500-2000 manatlıq gəlirini bir kənara qoyub, vətəndaşın qayğısına qalmaq istəmir…

İmişlidə öz qanunsuz əməlləri ilə Ələddin Əliyevdən fərqlənməyən şəxslərdən biri də rayonun axundu Adıgözəl Bəşirovdur. Hansı ki, axundun Mərkəzi Xəstəxananın qarşısındakı parkın içərisində qiyməti 100 min manatlarla ölçülən 3 mərasim zalı, Heydər Əliyev Mərkəzinin 100 metrliyində iki mərtəbəli “Muğan Bank”ı var. Hər iki obyekt koronavirus pandemiyası ilə bağlı qapalı olsa da, axundun mal-qara fermasından gələn qazancı onun üçün yetərlidir.

Onu da qeyd etməliyəm ki, bu yaxınlarda İmişli Mərkəzi Xəstəxanasının baş həkimi koronavirusdan ölənlərin dəfni üçün axunddan 7 ədəd kəfən dəsti alır. 8-cini istəyəndə, Adıgözəl Bəşirov ona qəzəblənir: “7-ni pulsuz aparmısan, 8-ciyə gəlmisən, pulunu ver, apar”.

Axundun sözlərindən dəhşətə gələn həkim E.Qasımov olay barədə icra başçısı E.Rzayevə deyəndə, o, da təəccübünü gizlədə bilmir…

 

Məhbub ZÜLFÜQARLI,

ADP İmişli RT-nın sədri