Prezidentin köməkçisi: “Ermənistan Cenevrə Konvensiyasını ən kobud şəkildə pozan ölkədir”

57

“Son vaxtlar Ermənistan Cenevrə Konvensiyasını tez-tez xatırladır. Halbuki Ermənistan Cenevrə Konvensiyasını ən kobud formada pozan ölkədir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Ermənistan mülki azərbaycanlılara qarşı cinayətlər, soyqırımları törədib: “Dörd mindən çox azərbaycanlı girov və əsir barədə hələ də məlumatımız yoxdur. Ermənistan beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlarda çərçivəsində də əməkdaşlıq etmir. Bu isə Ermənistanın beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına riyakar yanaşdığının göstəricisidir. Şahbaz Quliyev və Dilqəm Əsgərova qurulmuş qondarma məhkəmələr də göz önündədir. Cenevrə Konvensiyasından danışan Ermənistanın Azərbaycanı raket hücumları ilə hədələməsi isə riyakarlığın növbəti nümunəsidir”.

H. Hacıyev Ermənistanda Nikol Paşinyanın qəhrəmanlaşdırılması siyasətinin həyata keçirilməsinə çalışıldığını da diqqətə çatdırıb.