Prezidentin köməkçisi: “Azərbaycanın da narahatlıqları var”

117

“Azərbaycan Prezidenti İlham Əliyevin  “Rossiya-1” telekanalına müsahibəsində və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlar seqmentində çıxışı  zamanı da qeyd etdiyi kimi, Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə terrorçuların və muzdluların gətirilməsi prosesi var ”.

 

Bunu Azərbaycan  Prezidentinin köməkçisi –  Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  bildirib.

 

H.Hacıyev deyib ki, uzun müddət ərzində Ermənistan tərəfindən bu siyasət həyata keçirilir: “Həmçinin bu terrorçular Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir.  Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi  narahatlığına səbəb olan məsələdir. Bununla bərabər, 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMO kimi terror qruplaşmalarını qeyd etmək lazımdır. Elə bu günlərdə Yaxın Şərq ölkələrindən erməni əsilli bir şəxs ASALA terror təşkilatının təmsilçisi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycana qarşı vuruşduğunu özü etiraf edir. Azərbaycanın da narahatlıqları var və beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın bu kimi terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir”.   //Pravda