Prezidentdən generallarla bağlı daha bir SƏRƏNCAM

    42

    Azərbaycan prezidenti İlham Əliyev ali hərbi rütbələrin verilməsi haqqında yeni sərəncam verib.

    İlham Əliyev Vilayət Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin.

    Azərbaycan prezidenti digər sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin. \\Yeni Sabah