Prezidentdən erməni əsirlərlə bağlı vacib açıqlama: Qaytarılmayacaqlar…

357

Vətən müharibəsi başa çatdıqdan sonra əsir götürülən ermənilərin yaşayacağı aqibət bəlli olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən onların müharibə əsirləri olmadığını dilə gətirib.

Bildirib ki, müharibədən sonra təslim olmaq əvəzinə, müqavimət göstərən ermənilər terrorçudur. Bu isə o deməkdir ki, həmin ermənilər hamının hamıya prinsipim ilə dəyişdirilməyəcək.

Onlar Azərbaycan qanunları çərçivəsində mühakimə olunaraq cəzalandırılacaqlar. \\Oxu24.com