Prezident yeni Təşkilat Komitəsi yaratdı, onlara vəzifə verdi – SİYAHI

    39

    Prezident İlham Əliyev “Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncam imzalayıb.

    Hurriyyet.org xəbər verir ki, sərəncama əsasən, Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

    Təşkilat Komitəsinin sədri

    Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

    Təşkilat Komitəsi sədrinin müavini

    Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri,

    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

    Təşkilat Komitəsinin üzvləri

    Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

    Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

    Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

    Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri

    Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

    Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

    Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

    Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

    Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

    Anar ƏləkbərovHeydər Əliyev Mərkəzinin direktoru

    Vüsal Kərimli – Bakı Nəqliyyat Agentliyinin direktoru

    Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

    Ağacan Əbiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi

    Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

    Azər Əliyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi

    Fərid Mansurov – Olimpiya çempionu.

    Təşkilat Komitəsinə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.