Prezident xalq artistini təltif etdi

30

Prezident İlham Əliyev Cənnət Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Hurriyyet.org xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, tanınmış rejissor Cənnət Səlimova 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. O, 2001-ci ildən Prezidentinin təqaüdçüsüdür.