PREZİDENT SARAYINI VURDULAR! – HƏR AN MÜHARİBƏ BAŞLAYA BİLƏR

    12

    Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanının liderlik elədiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərində yerləşən və husilərin nəzarəti altında olan prezident sarayına iki dəfə havadan hücum edib.

    Şahidlərin verdiyi məlumata görə, hücum nəticəsində Səna şəhərində yerləşən prezident sarayının bir hissəsi uçub. Hücum zamanı ölən və yarananların olduğu deyilsə də, bu barədə dəqiq məlumat verilməyib.

    Qeyd edək ki, Yəmənin paytaxtı olan Səna şəhəri və ölkənin bəzi rayonları 2014-cü ildən bəri husilərin əlindədir. Səudiyyə Ərəbistanın liderlik elədiyi koalisiya qüvvələri isə 2015-ci ilin martından bəri Yəmən hökumətini dəstəkləyir.

    Hurriyyet.org