Prezident Qələbə günü münasibətilə keçirilən mərasimdə iştirak edib

    18

    İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

    Hurriyyet.org xəbər verir ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

    Müharibə veteranları ilə görüşən prezident Qələbə günü münasibətilə onları təbrik edib.

    Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

    Dövlət başçısı veteranlarla xatirə şəkli çəkdirib.