Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

    30

    Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.

    Hurriyyet.org xəbər verir ki, İlham Əliyev Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət edib, onun məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

    Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

    Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

    Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.