PREZİDENT GENERALIN QARDAŞINI İŞDƏN ÇIXARDI – Tovuz rayonuna yeni başçı təyin olundu!

    9

    Tovuz rayonuna yeni icra başçısı təyin edilib.

    Hurriyyet.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

    Sərəncamla Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Dövlət başçısının digər sərəncamı ilə Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Xatırladaq ki, Tofiq Zeynalov Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır. O, 2007-ci ildə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu.