Prezident 3 generalı istefaya göndərdi – SƏRƏNCAM

    6

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında Sərəncam imzalayıb.

    Hurriyyet.org-un məlumatına görə, Sərəncama əsasən, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:

    Cəbrayılov Asif Mikayıl oğlu – General-leytenant 
    Xəlilov Əsgər Sabir oğlu – General-leytenant 
    Tağı-zadə Fərhad Sabir oğlu – General-leytenant.