Prezident “2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

    12

    Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

    Hurriyyet.org-un məlumatına görə, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda aşağıdakı dəyişikliklər edilib:

    1-ci maddə aşağıdakı redaksiyada verilib:

    “Maddə 1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 149 000,0 min manat, xərcləri 23 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 21 495 650,0 min manat,yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 22 376 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilsin.”.

    2. 2.2-ci maddədə “2 320 000,0” rəqəmləri “2 533 000,0” rəqəmləri ilə, 2.5-ci maddədə “4 288 000,0” rəqəmləri “4 033 000,0” rəqəmləri ilə, 2.5.1-ci maddədə “1 705 000,0” rəqəmləri “2 220 000,0” rəqəmləri ilə, 2.8-ci maddədə “91 000,0” rəqəmləri “103 000,0” rəqəmləri ilə, 2.8.1-ci maddədə “18 000,0” rəqəmləri “30 000,0” rəqəmləri ilə, 2.10-cu maddədə “535 000,0” rəqəmləri “768 000,0” rəqəmləri ilə, 2.14-cü maddədə “9 216 000,0” rəqəmləri “10 966 000,0” rəqəmləri ilə, 2.17-ci maddədə “112 000,0” rəqəmləri “142 000,0” rəqəmləri ilə və 2.18-ci maddədə “460 000,0” rəqəmləri “499 000,0” rəqəmləri ilə əvəz edilsin.

    3. 3.1-ci maddədə “333 000,0” rəqəmləri “372 000,0” rəqəmləri ilə, 3.1.1-ci maddədə “91 000,0” rəqəmləri “103 000,0” rəqəmləri ilə, 3.1.7-ci maddədə “133 000,0” rəqəmləri “160 000,0” rəqəmləri ilə əvəz edilsin.

    8-ci maddədəki cədvəl aşağıdakı redaksiyada verilib:

    Sıra

    №-si

    Xərclərin istiqamətləri

    Məbləğ

    (manatla)

    1

    2

    3

    8.1.

    Ümumi dövlət xidmətləri

    3.628.576.252,0

    8.1.1.

    qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri

    662.605.431,0

    8.1.2.

    beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlükhaqqı xərcləri

    215.700.000,0

    8.1.3.

    elm xərcləri

    128.120.367,0

    8.1.4.

    başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri

    72.272.931,0

    8.1.5.

    dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər

    2.262.777.523,0

    8.1.6.

    yerli büdcələrə (bələdiyyələrə) verilən dotasiya

    5.200.000,0

    8.1.7.

    Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya

    281.900.000,0

    8.2.

    Müdafiə

    2.905.221.836,0

    8.2.1.

    müdafiə qüvvələri

    1.384.067.865,0

    8.2.2.

    milli təhlükəsizlik

    130.358.826,0

    8.2.3.

    müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar

    2.663.347,0

    8.2.4.

    digər kateqoriyalara aid edilməyən xərclər

    1.388.131.798,0

    8.3.

    Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq

    1.384.235.133,0

    8.3.1.

    məhkəmə hakimiyyəti

    54.346.645,0

    8.3.2.

    hüquq-mühafizə

    1.004.451.945,0

    8.3.3.

    prokurorluq

    58.270.259,0

    8.3.4.

    digər kateqoriyalara aid edilməyən xidmətlər

    267.166.284,0

    8.4.

    Təhsil

    2.043.989.508,0

    8.4.1.

    məktəbəqədər təhsil

    175.314.065,0

    8.4.2.

    ümumi təhsil

    1.082.159.571,0

    8.4.3.

    ilk peşə-ixtisas təhsili

    27.977.633,0

    8.4.4.

    orta ixtisas təhsili

    41.302.250,0

    8.4.5.

    ali təhsil

    42.716.929,0

    8.4.6.

    əlavə təhsil

    3.743.051,0

    8.4.7.

    təhsil sahəsində digər müəssisə və tədbirlər

    670.776.009,0

    8.5.

    Səhiyyə

    739.334.330,0

    8.5.1.

    poliklinikalar və ambulatoriyalar

    109.563.299,0

    8.5.2.

    xəstəxanalar

    349.210.619,0

    8.5.3.

    səhiyyə sahəsində digər xidmətlər

    6.608.160,0

    8.5.4.

    səhiyyə sahəsində tətbiqi tədqiqatlar

    5.112.214,0

    8.5.5.

    səhiyyə sahəsinə aid edilən digər xidmətlər

    268.840.038,0

    8.6.

    Sosial müdafiə və sosial təminat

    2.343.047.383,0

    8.6.1.

    sosial müdafiə xərcləri

    2.309.285.582,0

    8.6.1.1.

    müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait

    1.300.000.000,0

    8.6.2.

    sosial təminat xərcləri

    33.701.801,0

    8.6.3.

    sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar

    60.000,0

    8.7.

    Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət

    327.129.760,0

    8.7.1.

    mədəniyyət və incəsənət sahəsində fəaliyyət

    128.547.661,0

    8.7.2.

    radio, televiziya və nəşriyyat

    57.721.175,0

    8.7.3.

    bədən tərbiyəsi, gənclər siyasəti və turizm

    64.590.913,0

    8.7.4.

    digər kateqoriyalara aid edilməyən fəaliyyət

    76.270.011,0

    8.8.

    Mənzil və kommunal təsərrüfatı

    458.558.557,0

    8.8.1.

    mənzil təsərrüfatı

    61.206.293,0

    8.8.2.

    kommunal təsərrüfatı

    345.056.129,0

    8.8.3.

    su təsərrüfatı

    33.961.000,0

    8.8.4.

    mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər

    18.335.135,0

    8.9.

    Yanacaq və enerji

    18.016.600,0

    8.9.1.

    enerji kompleksi

    16.995.000,0

    8.9.2.

    yanacaq və enerji kompleksi sahəsi üzrə təcrübə və tətbiqi tədqiqatlar

    1.021.600,0

    8.10.

    Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi

    755.282.725,0

    8.10.1.

    kənd təsərrüfatı

    713.998.035,0

    8.10.2.

    meşə təsərrüfatı

    13.342.261,0

    8.10.3.

    balıqçılıq və ovçuluq

    3.118.853,0

    8.10.4.

    ətraf mühitin mühafizəsi

    16.854.733,0

    8.10.5.

    hidrometeorologiya tədbirləri

    7.968.843,0

    8.11.

    Sənaye, tikinti və faydalı qazıntılar

    5.104.376.000,0

    8.11.1.

    tikinti

    5.087.476.000,0

    8.11.1.1.

    dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)

    5.075.200.000,0

    8.11.2.

    faydalı qazıntılar

    12.900.000,0

    8.11.3.

    geodeziya və xəritəçəkmə

    4.000.000,0

    8.12.

    Nəqliyyat və rabitə

    166.790.678,0

    8.12.1.

    nəqliyyat

    110.286.678,0

    8.12.2.

    rabitə

    56.504.000,0

    8.13.

    İqtisadi fəaliyyət

    1.390.111.000,0

    8.13.1.

    iqtisadi və kommersiya fəaliyyəti

    196.481.000,0

    8.13.1.1.

    sahibkarlığa dəstək

    46.481.000,0

    8.13.1.2.

    Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri

    150.000.000,0

    8.13.2.

    iqtisadi fəaliyyətin digər sahələri

    1.193.630.000,0

    8.14.

    Əsas bölmələrə aid edilməyən xidmətlər

    1.835.330.238,0

    8.14.1.

    məqsədli büdcə fondları

    372.000.000,0

    8.14.1.1.

    “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu

    372.000.000,0

    8.14.2.

    ehtiyat fondları

    404.000.000,0

    8.14.2.1.

    Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu

    304.000.000,0

    8.14.2.2.

    Dövlət büdcəsinin Ehtiyat Fondu

    100.000.000,0

    8.14.3.

    əsas bölmələrə aid edilməyən sair xərclər

    1.059.330.238,0

    8.14.3.1.

    beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər

    20.000.000,0

    8.14.3.2.

    fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər

    20.000.000,0

    8.14.3.3.

    digər xidmətlər üzrə xərclər

    1.019.330.238,0