Prezident yeni qələbə xəbəri verdi – Daha 6 kənd azad olundu – SİYAHI

123

Ali Baş Komandan İlham Əliyev azad olunmuş daha 6 kəndin adını açıqlayıb.

Modern.az-ın məlumatına görə, Prezident bu barədə özünün “Twitter”hesabında bildirib:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”