Prezident seçkiləri ərəfəsində Trampdan qəribə açıqlama: “Seçki bülletenləri ölülərə, pişiklətə, itlərə verilir”

96

 

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezident seçkiləri ərəfəsində qəribə bir iddia ilə çıxış edib.  O, ölkədə poçt yolu ilə aparılan seçkilər üçün göndərilmiş seçki bülletenlərinin “ölülərə, pişiklərə və itlərə” də verildiyini iddia edib.

Ağ Evdə keçirilən gündəlik mətbuat konfransında çıxış eən ABŞ prezidenti Demokratların Kovid-19 epidemiyası səbəbindən 3 noyabr 2020-ci il seçkilərinin poçt vasitəsilə keçirmək tələbini tənqid edərək deyib: “Seçkilərdəki əsl problem Çin, İran, yaxud da Rusiya olmayacaq. Əsas problem Demokratlar olacaqdır. Demokratlar poçt yolu ilə səsvermə üçün 3,5 milyard dollar pul istəyirlər. Uzaqdan səsvermə ölkəmizin tarixindək ən böyük hiylə ola bilər”.

Tramp Demokratların istədikləri pulu ala bilməyəcəklərini, poçt ofisi üçün tələb edilən 25 milyard dolları da verməyəcəklərini bildirib. Poçt yolu ilə göndərilmiş seçki bülletenlərinin etibarlı olmadığını bildirən Tramp söyləyib: “Bir çox seçki bülletenləri ölü insanlara göndərilir. Hətta mənə elə gəlir ki, pişik və itlərə də bülleten verilir”.

Kovid-19-un gənclər üçün daha az ölümcül olduğunu vurğulayan Tramp deyib: “İl ərzində 65 yaşdan aşağı amerikalılar arasında ürək xəstəliklərindən ölüm sayının Kovid-19-dan ölənlərdən beşqat artıq olduğunu öyrənmişik”.