Prezident Qobustanda açılışda iştirak etdi – FOTO

27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında da iştirak edib.

Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.