Prezident narkotacirləri təhdid etdi: “Mənim ölkəmi məhv etsəniz…”

42

Filippinin dövlət başçısı Rodriqo Duterte daha bir sərt açıqlaması ilə gündəmə gəlib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, prezident narkotik tacirlərini təhdid edib.

Tayvan Mərkəzi İnformasiya Agentliyinin məlumatına görə, Filippində hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat nəticəsində 756 kq narkotik maddə ələ keçirilib. Buna qəzəblənən Duterte “Mənim ölkəmi məhv etsəniz, mən də sizi öldürəcəm” ifadələrini işlədib.

Qeyd edək ki, bu miqdarın son 4 ildə ölkədə ələ keçirilən ən böyük rəqəm olduğu bildirilir.

Birləşmiş Millətlər Təşkilatı ötən gün yayımladığı sənəddə Filippində narkotiklə mübarizədə on minlərlə insanın ölmüş ola biləcəyinə işarə edib.