QHT-lərə Dövlət Dəstəyi Şurasına üzvlər təyin edildi – SİYAHI

    3

    Prezident İlham Əliyev Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. AzərTAc xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilib:

    Dövlət orqanlarından

    Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri

    Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

    Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

    Qeyri-hökumət təşkilatlarından

    Məmmədov Sahib Məlik oğlu – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

    Eyvazova Nərgiz Xələf qızı – Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri

    Həsənli Emin Əliyar oğlu – Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

    Qonaqov Rufiz Rəhim oğlu – Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri

    Quliyev Azay Əjdər oğlu – Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri

    İsmayılov Şahin Əmir oğlu – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

    Xəlilov Anar Əhməd oğlu – Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

    Nuriyev Əliməmməd Mali oğlu – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti

    Bundan başqa ölkə başçısı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli Sərəncamı ləğv edib.