“Azərbaycan iqtisadiyyatına dəstək verməyə hazırıq“- Avstriya prezidenti

    9

    Prezident əlavə edib ki, son 10 il ərzində Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi təxminən 10 dəfə artıb. Onun sözlərinə görə, ötən ilin birinci yarısının nəticələrinə görə, Avstriya Azərbaycanın idxal tərəfdaşları arasında 5 mühüm ölkədən biri olub: “2010-cu ildə ikitərəfli ticarət münasibətlərinin inkişafı və genişləndirilməsi üçün Avstriyanın Federal İqtisadiyyat Palatası Bakıda ofis açıb. Ötən il sənayenin müxtəlif sahələrini təmsil edən 30 şirkətin iştirakı ilə iki biznes forum keçirilib. Bundan başqa, Avstriyanın Federal İqtisadiyyat Palatası ayrı-ayrı sahibkarlar və şirkətlərin də Azərbaycanda fəaliyyətini dəstəkləyir“.