Premyer Liqamızda 18 aydan sonra het-trik

24

Azərbaycan Premyer Liqasında ilyarımlıq fasilədən sonra het-trik qeydə alınıb. “Hürriyyət” xəbər verir ki, buna “Qarabağ”ın xorbatiyalı legioneri Filip Ozobiç nail olub. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”ni bu gün “Bakcell Arena”da 6:0 hesabıyla məğlub etdikləri səfər matçında nail olub.

Maraqlıdı ki, son dəfə buna nail olan da “Qarabağ”lı olub. Söhbət millimizin də hücumçusu olam Mahir Emrelidən gedir. Gənc futbolçu Mədətov soyadını daşıdığı zamnaı da 2018/19 mövsümünün son turunda “Səbail”lə mayda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə 90 dəqiqə meydanda olub və het-triklə yadda qalıb.