Portuqaliyada fövqəladə vəziyyət rejiminin ləğv edilməsi qərarı verildi

30

Hurriyyet.org xəbər verir ki, Portuqaliyanın prezidenti Marselu Rebelu di Souza yeni tipli koronavirus epidemiyası ilə əlaqədar ölkədə 19 mart tarixindən bəri tətbiq edilən və hazırda  qüvvədə olan fövqəladə vəziyyət rejiminin 3 may tarixindən etibarən ləğv ediləcəyini bildirib.

Di Souza deyib: “Fövqəladə vəziyyətin ləğv edilməsi epidemiya təhlükəsinin sovuşduğu demək deyil. Bu, iqtisadiyyatın mərhələli şəkildə işə düşməsi deməkdir”.

Hurriyyet.org