“Porshe” Rusiya bazarından 445 avtomobilini geri çağırır

54

 

Almaniyanın lüks avtomobil istehsalçısı – “Porshe” şirkəti Rusiya bazarından 445 avtomobilini geri çağırmağa qərar verib.

Söhbət “Cayenne Turbo” və “Cayenne Turbo S E-Hybrid” modellərindən gedir.

Nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb onların yanacaq təchizatı xətlərindəki nöqsanlardır. İndiyə qədər bu avtomobilləri almış şəxslərə isə təmir işləri pulsuz yerinə yetiriləcək. /Report.az/