Gürcüstanda iki azərbaycanlı öldürüldü

    9

    Poniçala (Soğanlıq) kənd sakinləri hadisənin aprelin 12-də baş verdiyini təsdiqləyiblər. Onlar 45-46 yaşlı Habil Səmədov və Vaqif Vəliyev adlı iki nəfərin yaşıl rəngli “OPEL“ maşınında olan naməlum adamlar tərəfindən güllələndiyini bildiriblər. Sakinlər həmçinin güllələnən şəxslərin Poniçalanın (Soğanlıq) “Dərə” məhəlləsində yaşadıqlarını bildiriblər. Gürcüstan daxili işlər nazirliyinin məlumatına görə, hadisə ilə bağlı Gürcüstan CM-nin 109-cu (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır. (APA)