Pompeo xarici dövlətlərə müraciət elədi: “Baydeni təbrik eləməyə tələsməyin”

207

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo Co Baydeni prezident seçkilərində qələbə ilə təbrik edən xarici liderlərə müraciət edib.

Pompeo “Foks Nyus” kanalına müsahibəsində deyib: “Hələ qarşıda çox iş var. Xatırladırıq ki, hələ bütün səslər sayılmayıb”. Onun sözlərinə görə, “hüquqi prosesə tam əməl edilməsinə” əmin olmaq zəruridir.

ABŞ-da prezident seçkiləri 3 noyabr tarixində keçirilib. Bir sıra ştatlarda səsvermənin nəticələri hələlik bəlli deyil.

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp artıq öz qələbəsini bəyan edib və demokratları “seçkiləri oğurlamaq cəhdində ittiham edib. Trampın qərargahı səslərin sayılmasını tələb eləmək niyyətindədir.

Bununla yanaşı, aparıcı Amerika telekanallarının məlumatına görə, lider demokratların namizədi Co Baydendir. O, artıq özünü qalib elan edib.

Qanuna görə, yeni seçilmiş Prezident 2021-ci il yanvarın 20-də vəzifə başına keçəcəkdir.