Pompeo Rusiyanı Dövlət Departamentinin sistemlərinə edilən kiber hücumlarda günahlandırıb

369

ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyanı Dövlət Departamentinin sistemlərinə edilən geniş miqyaslı kiber hücumlarda iştirakda günahlandırıb.

APA-nın Ria Novosti-yə istinadən xəbərinə görə, o, açıqlamasında deyib: “Kodu ABŞ hökumətinin sistemlərinə, özəl şirkətlərə, dünyadakı hökumətlər sistemlərinə daxil etmək üçün proqramdan istifadə ilə bağlı əhəmiyyətli səy göstərilib. Düşünürəm ki, indi bu cür kiber hücumlarla məşğul olanların ruslar olduğunu açıq şəkildə deyə bilərik”.