Pompeo: “Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırıram”

81

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizə sadiqik”.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun Ermənistana Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda qeyd olunub.

“Tərəfləri ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində faydalı danışıqları ən qısa müddətdə başlamağa çağırırıq”, – dövlət katibi vurğulayıb.