Pompeo Ağ Evin Trampın xəstəliyi ilə bağlı bütün ssenarilərə hazır olduğunu söyləyib

63

“ABŞ administrasiyası prezident Donald Trampın xəstəliyi ilə bağlı situasiyanın istənilən inkişafına, hətta xarici dövlətlərin düşmən fəaliyyətinin qarşısının alınmasına hazırdır”.

Bu sözlər ABŞ-ın Dövlət katibi Maykl Pompeo deyib.

Dövlət katibi prezidentin tam fəaliyyət göstərdiyini, hətta bazar günü kabinetin milli təhlükəsizliyinə cavabdehlik daşıyan üzvləri ilə iclas keçirdiyini deyib.

Jurnalistlər Amerikaya düşmən mövqedə olan ölkələrin Trampın xəstəliyindən öz maraqları naminə istifadə etmələri ehtimalı barədə xəbər alıblar. ABŞ rəsmisi Birləşmiş Ştatların bütün strukturları ilə buna hazırlıqlı olduğunu vurğulayıb.

Həkimlər mətbuata deyiblər ki, prezident D.Tramp oktyabrın 5-də xəstəxanadan evə buraxılacaq. Lakin onun yaxın günlərdə canlı təmasda görüşü gözlənilmir.

musavat.com