Politoloq: “Bakı ilə Kiyev arasında siyasi əməkdaşlığı inkişaf etdirmək vacibdir”

9

“Azərbaycanın Ukraynanın strateji tərəfdaşları siyahısına daxil edilməsi iki ölkə arasındakı münasibətlərin ümumi səviyyəsini yüksəldən müsbət siqnaldır”.

Bunu “Report”a ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko deyib.

Ekspertin fikrincə, strategiya dərinləşəcək konkret vektorlar göstərilmədən təhlükəsizlik və əməkdaşlığın bütün əsas sahələri üzrə kifayət qədər səthidir. “Eyni zamanda dövlətlər və onların elitalarının bir-birinə yad gözü ilə baxmaması üçün Kiyevlə Bakı arasında həm hərbi, həm də siyasi əməkdaşlığın genişləndirilməsi məntiqlidir. Mümkün qədər məlumat mübadiləsi aparmaq və bir-birinin xüsusiyyətlərini anlamaq vacibdir”, – Y.Bojko söyləyib.

Onun sözlərinə görə, bunu qismən GUAM layihələri vasitəsi ilə həyata keçirmək mümkündür, amma müxtəlif ölkələrin bu təşkilatla platforma kimi çalışması zaman-zaman “qabarma – çəkilmə”yə məruz qalır, GUAM çərçivəsində işləyən bəzi ölkələr artıq çox diqqət göstərmirlər.

“Hər iki ölkə üçün ən vacib çağırışlar həm vətəndaşlarımızın daxili aləmlərinə uyğun olacaq, həm də transformasiyalara töhfə verəcək inkişaf yolu, siyasi modernləşmə üçün optimal paradiqmanın axtarışı olaraq qalır. Postsovet məkanının dövlətləri üçün bu yol tapılana qədər ölkələr separatizm, cəmiyyəti parçalamaq və onun nüfuzlu şəxslərini zərərsizləşdirmək kimi milli təhlükəsizlik təhdidləri ilə də üzləşməli olacaqlar”, – Y.Bojko söyləyib.

Dağlıq Qarabağ nizamlanmasına münasibət bildirən politoloq keçən ayın Ermənistanın bir sıra militarist addımları ilə, ölkənin baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazisinə səfəri ilə yadda qaldığını xatırladıb.

“Bu, gərginliyin dərəcəsini artırır və əvvəlki hadisələrlə birlikdə genişmiqyaslı qarşıdurmaya hazırlıq barədə danışmağa imkan verir. Bu aralıqda dünya birliyinin və regional liderlərin qətiyyətli mövqeyi, şübhəsiz ki, vacibdir. Ermənistan tərəfdən eskalasiya və hücum riski yalnız bu cür tədbirlərin hazırlığına ilkin reaksiya kifayət qədər sərt olmayacağı təqdirdə qalacaq”, – deyə ekspert vurğulayıb.