“Polisin vətəndaşa qarşı zor tətbiqi dövlətə inamı sarsıdır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

156

“Polisin aşırı gücdən istifadə etməsi, məhkəmə qərarı olmadan mülkiyyətə daxil olması yolverilməzdir”

“Polis və vətəndaşlar arasında baş verən xoşagəlməz hadisə üzücüdür. İlk növbədə karantin qaydalarına hər bir vətəndaş birmənalı olaraq əməl etməlidir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq hesab edir ki, karantinə əməl etməyənlər və polisə qarşı müqavimət göstərənlərə qarşı qanun çərçivəsində hərəkət edilməlidir: “Bundan əlavə, polisin aşırı gücdən istifadə etməsi, məhkəmə qərarı olmadan mülkiyyətə daxil olması yolverilməzdir. Polis dövlətdir və onun vətəndaşa qarşı zor tətbiqi dövlətə inamı sarsıdır. Ortada polisə qarşı təhrikedici addımlar atılıb, işinə mane olunub. Buna cavab olaraq sərt şəkildə müdaxiləyə ehtiyac yox idi. Bu dövlət bizimdir və bundan istifadə edib, provakativ hərəkətlər və şüarlar səsləndirmək olmaz”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org