Polis mayoru faciəvi şəkildə öldü

    21

    Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib.

    Hurriyyet.org-un A24.az-a istinadən məlumatına görə, hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib.

    Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.

    Nəticədə, “VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb.

    Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.