Polis əməliyyat keçirdi: taksi şəbəkəsi çökdürüldü, prezidenti təhqir edən sürücü…

    15

    Türkiyənin İstanbul şəhərinin Beyoğlu və Fatih səmtində turistləri aldadan fırıldaqçı taksi şəbəkəsinə qarşı əməliyyat keçirilib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, fırıldağın qurbanları arasında “Beşiktaş” klubun futbolçusu Pablo Enzo Roko da olub. Futbolçu 6 km məsafə üçün 1000 TL (təxminən, 300 azn) ödəyib.

    İstanbul polisi vətəndaşlardan gələn şikayətlərin artmasından sonra taksi şəbəkəsinə qarşı təşkil edilən basqın üzərində 4 ay işləyib. Nəticədə 63 taksi sürücüsü saxta puldan istifadə, fırıldaqçılıq, həqarət, təcavüz, polisə müqavimət kimi ittihamlarla saxlanılıb. 1 taksi sürücüsü isə prezidentə həqarət etməkdən axtarışa verilib. Şəbəkənin 56 yaşlı lideri A.A. da saxlanılan şəxslər arasındadır.

    Qeyd edək ki, bu basqın Türkiyədə ilk belə əməliyyatdır.