Polis Bakıda insanlara hücum edən dananı güllələdi – VİDEO

    24

    Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda insanlara hücum edən dananı zərərsizləşdirib.

    Hurriyyet.org Yeniavaz.com-a istinadla xəbər verir ki, hadisə Binəqədi Rayonunun Cəfər Xəndan küçəsində baş verib.

    Şahidlərin sözlərinə görə, insanlara və avtomobillərə hücum çəkən dana polis tərəfindən güllələnib.

    Hadisə avtomobil yolunun ortasında baş verdiyi üçün nəqliyyatın hərəkətində qısa müddət sıxlıq yaranıb.

    Daha sonra dana ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.

    Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik: