Polis “Anadolu”nun Misirdəki ofisində əməliyyat keçirdi – SAXLANILANLAR VAR

18

Misir polisi Türkiyənin “Anadolu” informasiya agentliyinin Qahirədə yerləşən ofisində əməliyyat keçirib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Əməliyyat nəticəsində agentliyin 4 nəfər əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı Hilmi Balcı saxlanılıb. Saxlanılanların hara aparılması barədə məlumat verilməyib.

Türkiyə Xarici İşlər Nazirliyi hadisəni qınayıb. Saxlanılan şəxslərin dərhal azad olunması tələb edilib.