“Pole Çudes” verilişinin bir buraxılışı qədim Azərbaycan şəhəri Dərbəndə həsr ediləcək

63

Hurriyyet.org xəbər verir ki, ilk dəfə olaraq Rusiyanın Birinci kanalının “Pole Çudes” (Möcüzələr meydanı) verilişinin bir buraxılışı bütövlükdə Dərbənd şəhərinə həsr ediləcək. Bu barədə açıqlamanı şəhər bələdiyyəsi verib.

TASS informasiya agentliyinin məlumatında deyilir: “Bu il telekanalda RF-nin regionlarına həsr edilmiş silsilə verilişlər çəkilib. Lakin Dərbənd eksklüziv seçilib – ilk dəfədir ki, verilişdə yalnız bir şəhərin sakinləri iştirak edəcəklər və bu, Dərbənd şəhərinin sakinləridir”.

Şəhər bələdiyəsinin mətbuat xidməti bu yaxınlarda Dərbəndə “Pole Çudes” verilişinin əməkdaşlarının gəldiyini, hazırda isə Dərbənd şəhərinin mədəniyyət, gənclər siyasəti və idman idarəsinin başçısı Samilə Nəcəfova ilə şəhər merinin müşaviri Şumi Şabatayevin Moskvada olduqlarını bildirib. Onlar verilişin aparıcısı Leonid Yakuboviç ilə görüşərək gələcək verilişin detallarını müzakirə ediblər.